Microsoft Teams və Outlook daxil olmaqla müxtəlif Microsoft xidmətləri qlobal giriş problemləri ilə üzləşib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoft tərəfindən edilən açıqlamada müştərilər səhər saatlarından başlayaraq, e-poçt və video konfrans alətləri də daxil olmaqla, Microsoft 365 xidmətlərinə daxil olmaqda bir çox bölgədə çətinliklər olduğunu bildiriblər.


Giriş problemindən təsirlənən xidmətlərə Microsoft Teams, Exchange Online, Outlook, SharePoint Online, OneDrive for Business, Microsoft Graph, PowerBi, M365 Admin Portal, Microsoft Intune, Microsoft Defender for Cloud Apps və Microsoft Defender for Identity daxildir.


Microsoft bildirib ki, şirkət problemin həlli axtarışındadır.