Lüks avtomobil markası "Rolls-Royce" 2022-ci ildə Türkiyədə rekord satışa imza atıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Rolls-Royce Motor Cars" İstanbulun baş direktoru Hilal Aysal 2022-ci ildə Türkiyədə "Rolls-Royce" satışlarının üç rəqəmli səviyyələrə çataraq rekord qırdığını bildirib.


"Rolls-Royce Motor Cars" Korporativ Kommunikasiyalar üzrə Yaxın Şərq, Avropa və Mərkəzi Asiya direktoru Frank Tiemann bildirib ki, brend 2022-ci ildə dünya miqyasında rekord satışa çatıb. Tiemann tərəfindən verilən məlumata görə, 2022-ci ildə dünya üzrə satışlar 6 min 21 ədədə çatıb.


Bloomberg məlumatlarına görə, 2022-ci ildə "Rolls-Royce"un orta siyahı qiyməti 534.000 dollar civarında olub.