Spotify, 2022-ci ilin sonuna qədər nə qədər abunəçisi olduğunu və son üç ayda nə qədər pul qazandığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yaxşı bir ili geridə qoyan Spotify, 205 milyon ödənişli abunəçisi olduğunu açıqlayıb. Beləliklə, dünyada ilk dəfə olaraq bir musiqi və podkast platforması 200 milyon abunəçi limitini keçib.


Spotify-ın 2022-ci ilin son rübü üçün maliyyə vəziyyəti hesabatı ilə platformanın son üç ayda 231 milyon avro itirdiyi məlum olub. Əslində bu gözlənilən idi. Bununla belə, hətta bu rəqəm optimist mənzərə yaradır. Çünki Spotify bu rüb üçün 300 milyon avro itirəcəyini düşünürdü.


Onu da qeyd edək ki, şirkətin kassasına daxil olan ümumi pul 3,16 milyard avrodur.