Müasir dövrdə dilimizə bir çox yeni söz daxil olmuşdur. Onlardan biri də "Chatbot" sözüdür. Bəs bu söz hansı mənanı ifadə edir?
Facemark.az xarici mənbəyə istinadən "Chatbot nədir?" mövzusunda araşdırma yazını təqdim edir!
Chatbot yəni söhbət robotu, bir istifadəçi ilə mesajlaşma yolu ilə təbii dildə söhbət başladabilən və söhbət edə bilən bir süni intellekt proqramıdır.
Bəzi vebsaytlardakı chatbotlar istifadəçilərə bir neçə kliklə istədiklərini əldə etməyə imkan verir. O, istifadəçilərə seçim etmək üçün bir sıra seçimlər təqdim edir ve ya istifadəçiləri insanla ünsiyyət qurmağa istiqamətləndirir.
İlk Chatbot fərdi kompüterlərin buraxlanmasından əvvəl təqdim edilib. O, 1966-cı ildə MİT-in Süni İntellekt Laboratoriyasında Cozef Veyzenbaum tərəfindən hazırlanmış ve Eliza olaraq adlandırılmışdır.
Çatbotlar təkrarlanan tapşırıqları yerinə yetirməkdə yaxşıdır ve gecə-gündüz işləyə bilir. Onlar tək və ya insanlarla işləyə bilər və istifadə vəziyyətindən asılı olaraq komandanın iş yükünün 60-90%-ni yerinə yetirməkdə effektivdir.
2016-cı ildən bəri cox adı çəkilən chatbotlar şirkətlərə maliyyə hesablarını daha yaxşı idarə etməyə imkan verir. Bu məqsədə ən yaxşı şəkildə xidmət edəcək chatbot tapmaq üçün ilk növbədə şirkət strategiyasında chatbotların yerini müəyyənləşdirmək, chatbotun hansı problemi həll edəcəyini müəyyən etmək və hansı növ olduğunu aydın şəkildə ortaya qoymaq lazımdır.