Unutqan insanlar haqqında danışarkən “balıq yaddaşlı” ifadəsinin işlədildiyini çox eşitmişik. Əslində əksər insanlar balıqların 3-5 saniyəlik qısamüddətli yaddaş qabiliyyətinə malik olduğunu düşünür, lakin bəzi təcrübələr bunun böyük səhv olduğunu göstərir.
Facemark.az xarici mənbəyə istinadən "Yapon balıqları" haqqında araşdırma yazını təqdim edir!
Yapon balığının cəmi bir neçə saniyə yaddaşa sahib olması mifinin haradan qaynaqlandığı və ya niyə bu qədər geniş yayıldığı tam aydın deyil, amma məlumdur ki, beyin və sinir sistemi olan hər bir canlının müəyyən bir zəka, qavrayış, duyğu, yaddaş və şüuru var. Lakin bütün bu məsələlər ətraflı elmi araşdırmaya ehtiyacı olan mövzulardır.
Bu mövzu ilə bağlı bəzi elmi araşdırmaların nəticələrinə nəzər salaq:
2003-cü ildə Plimut Universitetinin alimləri balıqları öyrətməyə nail olublar. Təcrübədə Yapon balıqlarını yalnız qolu basdıqda bəslədikləri bir qaba yerləşdiriblər. Tədqiqatçılar qolu gündə cəmi bir saat işləmək üçün qurublar. Balıqlar bunu tezliklə anladı və hər gün eyni vaxtda qolu basmağı öyrəndilər.
Technion İsrail Texnologiya İnstitutunda 2009 -cu ildə aparılan bir araşdırmada isə tədqiqatçılar bəzi balıqların ən azı beş aylıq yaddaşa sahib olduğunu müəyyən etdilər. Tədqiqatda Pavlovun şərtli refleks təcrübəsinin oxşarlığı balıqlara tətbiq edilib. Balıqlara hər yem verildikdə xüsusi bir səs çalınırdı. Bu, balıqların çalınan səsi yemlə əlaqələndirməsinə səbəb oldu. Daha sonra balıqlar beş ay ərzində təbii yaşayış yerlərinə buraxılıb. Beş aydan sonra səs yenidən çalındıqda balıqlar ilkin qidalanma yerinə qayıdıblar.
Qeyd edək ki, araşdırmalar göstərir ki, balıqlar qarmaqda olduqda ağrı hiss edir, əvvəllər vaxt keçirdikləri digər balıqları tanıya bilirlər.