“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.


Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu təyinatadək, o, bankda Risklər üzrə Baş Direktor vəzifəsində çalışıb. Tural Həsənov 2016-cı ildən Unibank komandasının üzvüdür. “Unibank”dan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.


O, ODTÜ-də “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini şərəf diplomu ilə bitirib. Sonra isə Birləşmiş Krallığın “Exeter” Universitetində “Maliyyə və İdarəetmə” üzrə magistr dərəcəsi alıb.