Brendlər artıq rəqabətin gərgin keçəcəyi ilk aylardan görünən 2023-cü il üçün kommunikasiya və marketinq strategiyalarını həyata keçirməyə başlayıblar. Sosial media isə hər zamanki kimi bu strategiyalardakı yerini qorumağa davam edir.


Facemark.az xarici mənbəyə istinadən "yeni ildə sosial mediaya sürətlə daxil olan brendlər" mövzusunda araşdırma yazını təqdim edir!


Hər bir marka sosial mediada fərqlənməyə çalışır ki, bu da brend şüurunu və müştəri sədaqətini artırmaq üçün istifadə edilən əsas vasitələrdən biridir. Bütün Facebook, Twitter və Instagram kanallarında markalar tərəfindən orta hesabla 52.502 sosial media mesajının yayımlandığı sıx bir ünsiyyət mühiti mövcud olsa da, əlbəttə ki, hansı markaların performansları ilə diqqət çəkdiyi maraq doğurur. Sosial mediada brendlərin performansını ölçən və hər ay performans reytinqləri dərc edən SocialBrands bu marağa son qoyur...


SocialBrands brendlərin sosial media performansını 30-dan çox kriteriyaya görə statistik olaraq ölçməyə və şəffaf şəkildə dərc etməyə davam edir. SocialBrands-ın böyük məlumatlara əsaslanan hərtərəfli araşdırmasına görə, 1-31 Yanvar dövrünün qiymətləndirildiyi Fevral Top100 Siyahısına görə, Baykar sosial medianın ən uğurlu markası oldu!


Ayın ən uğurlu brendləri: Baykar, Aselsan və Netflix...
Baykar müdafiə sənayesindəki texnologiyası ilə sosial media istifadəçilərinin diqqətini çəkməyə davam etdi və bütün kanallarda uğurlu sosial media performansı ilə Fevral ayında SocialBrands Top100 Siyahısının zirvəsini tutan marka oldu. Sosial mediada diqqət çəkən digər müdafiə sənayesi şirkəti isə siyahıda ikinci olan Aselsan oldu . Üçüncü yeri isə platformasındakı məzmunla bağlı ünsiyyəti ilə diqqət çəkən Netflix tutub.