Facemark.az xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi Kahramanmaraşın Pazarcık rayonunda zəlzələ bölgəsinə 370 nəfərlik axtarış-xilasetmə qrupu ilə dəstək verəcəyini bildirib.


Nazirlikdən verilən açıqlamada bildirilib ki, Prezident İlham Əliyev Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyəyə köməklik göstərilməsi ilə bağlı tapşırıqlar verib.


Qeyd edək ki, açıqlamada 370 nəfərdən ibarət axtarış-xilasetmə qrupunun təlimata əsasən ilk olaraq Türkiyəyə hərəkət edəcəyi bildirilib.