“Məlum olduğu kimi bir çox transmilli şirkətlər var ki, onlar vergi qanunveriliyində boşluqlardan istifadə edir və həmin boşluqlardan istifadə edərək vergi mənfəəti əldə edir. Daha sonra öz gəlirini ofşor zonalara keçirir, bunun nəticəsində əsas fəaliyyəti olan ölkələrdə vergiyə cəlb olunmur. Bunun qarşısının alınması üçün ölkələrarası hesabat təqdim olunub.


Ölkələrarası hesabat Azərbaycanın tərəfdar çıxdığı müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanı ilə məlumat mübadiləsinin aparılmasıdır”.


Bu sözləri KPMG Azərbaycanın Vergi üzrə meneceri Ülvi Mehrəliyev III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Ülvi Mehrəliyevin tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: