Microsoft indi iOS və Android cihazlarına süni intellektlə işləyən Bing, Microsoft Edge və Skype proqramlarını təklif edib.Microsoft-un ötən həftələrdə təqdim etdiyi süni intellekt tərəfindən dəstəklənən Bing , istifadəçilərin böyük marağına səbəb oldu.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoft bu gündən etibarən Microsoft Edge, Bing və Skype mobil proqramlarında süni intellekt dəstəyi təqdim etməyə başlayıb. Artıq süni intellekt test proqramında olan istifadəçilər tətbiqlərini yeniləyərək bu yeni süni intellekti mobil cihazlarda istifadə edə biləcəklər. Test proqramında olmayan istifadəçilər təəssüf ki, gözləmə siyahısına yazılmalı və AI-nin onlara təqdim olunmasını gözləməlidirlər .


Gözləmə siyahısında qeydiyyatdan keçmək üçün Microsoft Edge və ya Bing mobil proqramına və ya Bing veb saytına daxil olmaq kifayətdir. Daha sonra görünən tabdan gözləmə siyahısına yazıla bilərsiniz.


Qeyd edək ki, Microsoft rəsmiləri mobil proqramda ilk sınaq günlərində əlaqə problemlərinin ola biləcəyinə diqqət çəksələr də, süni intellektlə dəstəklənən Bing-in bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ dəqiq deyil.