05.03.2023 tarixində “Fairmont” hoteldə “RM” nəşriyyatının təşkilatı dəstəyi ilə Turan Həsənlinin "Riyazi məntiq " kitabının təqdimatı keçirilmişdir.


Facemark.az xəbər verir ki, tədbir “RM” nəşriyyatının icraçı direktoru Muxtar Abbasovun açılış nitqi ilə başlayıb. Muxtar Abbasov tədbir iştirakçılarına “RM”nəşriyyatının vəsaitləri barəsində məlumat verib. Tədbirdə tarix üzrə fəlsəfə doktoru, çoxsaylı kitabların müəllifi Rəhim Məcnunov Azərbaycan dövlətinin təhsil siyasəti və bu sahədə nəşriyyatların rolu və əhəmiyyəti barədə öz fikirlərini bildirib.


Eyni zamanda, nəşriyyatın idarə heyyətinin üzvü iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Əlibəyi nəşriyyatın gələcək planları və hədəfləri barəsində çıxış edib. Tədbirin gedişində “Turan Hasanli Academy”nin direktoru Turan Həsənlinin "Uğurlu şagird seminarı" da keçirilib. Seminar zamanı şagirdlərlə motivasiya xarakterli söhbət aparılıb.


Tədbirin sonunda qonaqlara kitab və sertifikatlar təqdim edilərək, xatirə fotosu çəkilib.