Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində fərdi kompüterlər və noutbukların satışı üzrə yeni məlumatlar açıqlanıb.


 


Layihənin işə salındığı 2009-cu ilin aprelindən ölkə vətəndaşları tərəfindən güzəştli şərtlərlə 19 800 fərdi kompüter və noutbuk alınıb.


 


Yanvarda bu göstərici 15 955, 2011-ci ilin əvvəlində 10 500, 2010-cu ilin yanvarında 4 000-dən çox təşkil edib.


 


Beləliklə, ilin əvvəlindən vətəndaşlara 3 845 kompüter və noutbuk satılıb.


 


Xatırladaq ki, hazırkı mərhələdə güzəştli şərtlər əsasında kompüter və noutbukları orta məktəb müəllimləri və şagirdləri, ali məktəb müəllimləri və tələbələri ala bilərlər.


 


Gələcəkdə səhiyyə işçiləri və dövlət qulluqçuları kompüterləri kreditə götürə biləcəklər.