Azərbaycanın bank sektorunun 17 milyard manat likvid aktivləri var.

Facemark.az "Report.az"a istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayınını 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 17,2 milyard manat olmaqla sektorun aktivlərinin 36,6 %-ni təşkil edib.


“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.


Sənəddə deyilir ki, sektorun ani likvidlik əmsalı 59,9 % təşkil etməklə minimum tələbi (30%) 2 dəfəyə yaxın üstələyib.


Likvid aktivlərin 54 %-i (5,4 milyard ABŞ dolları) xarici valyutada olub.


Likvid aktivlərin strukturu isə belədir. Nostro hesablarda 29 %-i (5 milyard manat), dövlət qiymətli kağızlarında 31%-i (5,4 milyard manat), Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarda 29 %-i (4,9 milyard manat) və nağd vəsaitlərdə 11%-i (2 milyard manat).