“Forbes Rusiya” nəşri ilk dəfə olaraq Rusiyanın deyil, qonşu ölkələrin – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın 50 etibarlı bankının reytinqini dərc edib.


Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, siyahıda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Gürcüstan və Ermənistan hər ölkə üzrə 10 bankla təmsil olunublar. Azərbaycanı bu siyahıda ABB, “Kapital Bank”, “Bank Respublika”, “Paşa Bank”, “Xalq Bank”, “Accessbank”, “Azər Türk Bank”, “Rabitə Bank” və “Yelo Bank” təmsil edir.


Bununla yanaşı, Azərbaycanın bu siyahıda 11 bankla təmsil edildiyin də demək olar. Belə ki, siyahıda 50-ci yeri tutan və Gürcüstan bankı kimi təqdim edilən “PASHA Bank Georgia” əslində Azərbaycan kapitallı bankdır və “Paşa Bank”a məxsusdur.


Siyahıda ilk 11 yeri Qazaxıstan, Özbəkistan və Gürcüstanın iri bankları tutur, 12-ci isə Azərbaycanın bank sektorunun lideri olan ABB-dir.