Firefox brauzerinin tərtibatçısı olan Mozilla şirkəti Mozilla.ai adlı yeni süni intellekt təşəbbüsünü təqdim edib.
Süni intellekt yarışı günü-gündən güclənir. Bu sahədə daha bir addım Firefox brauzerinin tərtibatçısı Mozilla-dan gəlib.
Facemark.az xarici mənbəyə isinadən xəbər verir ki, şirkət Mozilla.ai adlı yeni süni intellekt startapını işə salıb.
Mozilla ümid edir ki , 30 milyon dollarlıq sərmayə ilə həyata keçirdiyi Mozilla.ai "etibarlı və müstəqil açıq mənbəli süni intellekt ekosistemi yaradacaq".
Mozilla-nın prezidenti və Mozilla.ai İdarə Heyətinin üzvü Mark Surmanın bloq yazısında qeyd etdiyi kimi; Süni intellekt üzrə tədqiqatçı və alim Moez Draief yeni müəssisəyə rəhbərlik edəcək. Surman bildirir ki, Mozilla.ai-nin vizyonu etibarlı süni intellekt məhsullarının hazırlanmasını asanlaşdırmaqdır.
Surmanın sözlərinə görə, Mozilla.ai-nin əsas diqqəti OpenAI-nin ChatGPT kimi məhsuldar süni intellekt xidmətlərini daha təhlükəsiz və şəffaf edən alətlər, eləcə də insanlara yanlış məlumat verməyən tövsiyə sistemləri olacaq.