Dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) "Azerconnect" şirkətini 2023-cü il üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görüb.


Bu nüfuzlu mükafata sahib olmaq şirkətin iş dünyasına daha yaxşı bağlılığını, eləcə də şirkətdə insan resurları siyasəti və təcrübəsinin mükəmməl tətbiqini göstərir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Azerconnect" insan resursları sahəsində biznes və insan strategiyası, iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirib və mükafata layiq görülüb.


“İnsan kapitalının idarə edilməsi üzrə ən son yeniliklərin tətbiqi sayəsində öz biznes fəaliyyətimizdə xeyli uğurlara nail olmuş və ölkəmizdə bir sıra yeniliklərə imza atmışıq. Şirkətimizin daha yaxşı iş yerinə çevrilməsi istiqamətində göstərdiyimiz səyləri “Top Employer Institute”un da qiymətləndirməsindən və nüfuzlu mükafata layiq görülməyimizdən məmnunam”, - deyə "Azerconnect"in Baş Direktoru Emil Məsimov qeyd edib.


“Azerconnect" olaraq İnsan Resursları sahəsində yüksək standartların tətbiqi, əməkdaşlarımıza layiqli iş şəraiti təmin edilməsi istiqamətində ən yaxşı təcrübələri icra edirik. Bunun üçün çevik iş şəraiti, peşəkar inkişaf, karyera imkanları, inklüziv iş mühiti, liderlik və digər proqramlar ilə əməkdaşlarımızın davamlı inkişafına töhfə vermək istiqamətində çalışırıq. Azərbaycanda ən yaxşı işəgötürən şirkət olaraq seçildiyimiz üçün qürur hissi keçiririk. Bu sertifikat fəaliyyətimizin ən yaxşı beynəlxalq təcrübələrə əsaslandığının göstəricisidir”, - deyə "Azerconnect"in İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.


“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. İnsan Resursları sahəsində mükəmməl strategiyası, siyasəti və təcrübələri ilə "Azerconnect" şirkəti işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına sadiq olduğunu, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olduğunu nümayiş etdirir. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz bu ilki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə "Top Employer Institute"un Baş Direktoru David Plink qeyd edib.


“Top Employer Institute” insan təcrübələrində mükəmməlliyin tanınması üzrə qlobal təşkilatdır, iş dünyasını zənginləşdirmək üçün təcrübələri sürətləndirməyə dəstək göstərir. “Top Employer İnstitute”nin Sertifikatlaşdırma Proqramı vasitəsilə iştirakçı şirkətlər təsdiqlənə, sertifikatlaşdırıla və ən yaxşı iş yeri olaraq kimi tanına bilər. 30 ildən artıqdır ki, fəaliyyət göstərən “Top Employers Institute” 121 ölkədə/regionda 2053 təşkilatı sertifikatlaşdırıb. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9,5 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.


"Azerconnect" ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir, "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.