Cari ilin birinci rübündə tikinti sahəsində maliyyə axınlarının məbləği ötən ilin müvafiq dövrünə nəzərən 89% və ya 1.4 mlrd. manat artaraq 2.9 mlrd. manat təşkil edib.


Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, tikinti sahəsində əsas artım dəmir yollarının tikintisi (856.6 mln. manat artım), yaşayış və qeyri-yaşayış binalarının tikintisi (388 mln. manat artım) və mülki təyinatlı digər oyektlərin tikintisi (86.8 mln. manat artım) ilə bağlı olub.


Qeyd edək ki, bu sahə üzrə azalma əsasən ixtisaslaşdırılmış tikinti işləri (-6.4% və ya 20.2 mln. manat azalma) qrupu ilə əlaqəli olub.