PAŞA Həyat-ın yeni mobil tətbiqi müştərilərinə cari hesabları üzrə istənilən əməliyyatları smartfon vasitəsilə idarə etmək imkanı yaradır.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, tətbiq vasitəsilə müştərilər öz yığımları üzrə dəyişiklikləri tək toxunuşla həyata keçirə, öz hesablarını rahatlıqla idarə edə biləcəklər. Tətbiq artıq bütün platformalarda (Google PlayApp Store) mövcuddur.


Qeyd edək ki, bu tətbiqin ilkin versiyasıdır. Tətbiqin hər yeni versiyası istifadəyə verildikcə yeni funksiyalar əlavə olunacaqdır.