Çinin e-ticarət nəhəngi Alibaba, OpenAI-nin ChatGPT ilə rəqabət aparacaq məhsuldar süni intellekt modeli olan Tongyi Qianwen-i təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məhsuldar süni intellekt modellərinə yenisi əlavə edilib. Alibaba Cloud bazar ertəsi günü ChatGPT-yə bənzər süni intellekt məhsulu olan Tongyi Qianwen-i təqdim etdi.