2023-cü ilin ilk 3 ayında Azərbaycandakı 20 sığorta şirkəti tərəfindən 346 milyon 909 min manat sığorta haqları hesablanıb, 102 milyon 290 min manat sığorta ödənişləri həyata keçirilib.


Facemark.az "Marja.az" a istinadən xəbər verir ki, ötən ilin ilk 3 ayında sığorta şirkətləri tərəfindən 258 milyon 425 min manat sığorta haqları hesablanmış, 61 milyon 228 min manat sığorta ödənişləri həyata keçirilmişdi.


Beləliklə, hesablanan sığorta haqları 88 milyon 484 min manat və ya 34,2%, sığorta ödənişləri isə 41 milyon 62 min manat və ya 67% artıb.