Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 2023-cü ilin yanvar-mart ayları ərzində 9 milyon 715.4 min manat sığorta haqqı toplayıb.


Facemark.az “APA.az”a istiandən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15% və ya 1 milyon 274.4 min manat çoxdur. Ötən ilin yanvar-mart aylarında KASKO sığorta üzrə 8 milyon 441 min manat sığorta haqqı toplanıb.


Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 4 milyon 569.6 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21.7% və ya 814.3 min manat çoxdur. 2022-ci ilin ilk 3 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 3 milyon 755.3 min manata bərabər olub.


Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə KASKO sığortası üzrə zərərliliyi 5.6% artırıb. Belə ki, ötən ilin ilk 3 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 44.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 47 manat təşkil edib.