Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 25 baza bəndi artıraraq 3,75 %-ə çatdırıb.


Facemark.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ECB-nin məlumatında deyilir.


“İdarəetmə Şurası ECB-nin üç əsas faiz dərəcəsini 25 baza bəndi artırması ilə bağlı qərar verib. 2023-cü il mayın 10-dan etibarən yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, marjinal kredit xətti üzrə faiz dərəcəsi və depozitlər üzrə faiz dərəcəsi müvafiq olaraq 3,75 %, 4 % və 3,25 %-ə qədər artırılacaq”, - tənzimləyicinin bəyanatında qeyd edilib.