23 May tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Bu uğur, hekayə deyil” layihəsi çərçivəsində “Gənc Qadın Zirvəsi” həyata keçirilib.


Layihənin keçirilməsində əsas məqsəd cəmiyyətdə sahibkarlıq istiqamətində uğur qazanmış və rol modeli olacaq gənc xanımların cəmiyyətə tanıdılması və onlar vasitəsilə gənc qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir. Zirvədə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nigar Arpadarai, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov, o cümlədən Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri, gənclər və sahibkar xanımlar iştirak ediblər.


Tədbir çərçivəsində öz ağlı, zəkası, zəhmətkeşliyi ilə uğurlu sahibkarlıq fəaliyyəti göstərən və dəyər yaradan gənc xanımların uğur hekayələrinə həsr olunmuş filmin təqdimatı həyata keçirilmiş, eyni zamanda panel müzakirələri təşkil edilmişdir. Panel müzakirəsində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin Sədri Nigar Ələsgərova, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nigar Arpadarai, Sağlam Ailə Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli, Kosenta Eğitim Danışmanlık ve Organizasyon Şirkətinin Rəhbəri Berna Tuncer zəngin bilik və təcrübələrini paylaşaraq, gənc sahibkar xanımlarımızı maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, layihə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2022-2024-cü illər Strateji Planının prioritet istiqamətlərindən biri olan “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği” istiqamətində həyata keçirilib.