Apple dünyada bazar dəyəri 3 trilyon dollara çatan ilk şirkət olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İPhone istehsalçısının irəliləyişi, investorların süni intellektin potensialına marağı ilə əlamətdar olan bir ayda ən diqqət çəkən xəbərlərdən biri olub. Səhm alıcıları da xüsusilə güclü hesabatları və maliyyə axını olan şirkətlərə üstünlük verirlər.


Apple-ın may ayında verdiyi ən son rüblük hesabatı, gəlir və mənfəətini analitiklərin gözləntilərini üstələyib və etibarlı investisiya kimi reputasiyasını gücləndirib. Bənzər bir şəkildə elektrikli avtomobil istehsalçısı Tesla da iyun ayında bazar kapitallaşmasında 28% artımın şahidi olub.