Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Volkswagen, Çinin elektrik avtomobil istehsalçısı XPeng-ə 700 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çin bazarında gücünü artırmağı hədəfləyən Alman avtomobil nəhəngi Xpeng-in səhmlərinin 4,99 faizini alacaq. Müqaviləyə əsasən, VW və XPeng Çin bazarı üçün VW brendi altında elektrik avtomobilləri istehsal edəcək. Yeni elektrikli avtomobillər VW-nin Çinin Hefei şəhərindəki yeni inkişaf, innovasiya və təchizat mərkəzində istehsal olunacaq və avtomobillər Çində Volkswagen brendi altında satılacaq.