“IBM” şirkəti The Five in Five-ın növbəti proqnozunda 5 il ərzində kompüter texnologiyaları sahəsində üstünlük təşkil edəcək 5 tendensiyanı təqdim edib.

2012-ci il üçün tərtib olunmuş proqnozda tendensiyaların siyahısı insanın keçirdiyi hislərə uyğun gəlir. IBM qeyd edir ki, kompüterlər gələcəkdə eşitmə, görmə, dadbilmə, iybilmə və lamisə hislərinə malik olacaq. 

“Eşitmə qabiliyyəti” vasitəsilə kompüter ətraf mühitdəki səsləri müəyyən edə biləcək. “Eşitmə orqanlarıyla” təchiz edilmiş telefonlar səsini insanların olduğu məkana uyğun tənzimləyəcək. Məsələn, aparat sahibinin konfransda və ya kinoteatrda olduğunu müəyyən edərsə, müstəqil olaraq səssiz rejimə keçəcək.

“Görmə qabiliyyəti”
hesablama qurğularına şəkillər və videoyazılarda obyektləri tanımaq imkanı verəcək. Həkimlər rentgenoqramlar və tomoqramaları öyrənmək, reklamçılar şəbəkədə yerləşdirdikləri şəkillər üzrə istifadəçi maraqlarını təyin etmək, fövqəladə xidmətlər isə hadisə yerindən materialların təhlili üçün kompüterin bu “bacarığından” istifadə edə biləcəklər.

Qidaların kimyəvi tərkibini təhlil etmək və qidalılıq dəyəri baxımından konkret insan üçün yemək reseptlərini vermək məqsədilə kompüterlər “dadbilmə qabiliyyəti”dən istifadə edəcəklər.