Həyatda hər şey bir-birinə bağlıdır. Balaca bir dəyişiklik, əlaqəsiz görünən başqa bir şeydə böyük dəyişikliklərə səbəb ola bilər. Buna da kəpənək effekti deyilir.


Sistemin ilkin məlumatlarında kiçik dəyişikliklərin gözlənilməz və böyük nəticələrə səbəb olması kəpənək effekti adlanır. Kəpənək effekti Edvard N. Lorenzin işlərindən biri olan xaos nəzəriyyəsindən bir nəticədir. O, 1972-ci ildə etdiyi təqdimatda : “Amazon meşəsində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtınanın qopmasına səbəb ola bilər. Fərqli bir misalla, bir kəpənəyin qanad çırpması dünyanın yarısını gəzə biləcək bir qasırğaya səbəb ola bilər" dedi və verdiyi bu misalla məşhurlaşdı. Təbii ki, bu hadisənin doğru olub-olmaması bu günə qədər sübut olunmayıb. Ona görə də teoriya olaraq qalıb.