İflas etmiş kriptovalyuta şirkətləri FTX və Genesis-in razılığa gəldiyi bildirilir. Müqaviləyə əsasən, FTX-in dost şirkəti kimi tanınan Alameda Research Genesis-dən 175 milyon dollar tələb edəcək.
Facemark.az xarici mənbəyə istinadən təqdim edir ki, müqavilə çərçivəsində hər iki şirkətin bəzi tələblərdən imtina etdiyi bildirilib. FTX əvvəlcə Genesisdən 4 milyard dollar alacağını iddia etdi. Sonradan bu rəqəm 2 milyard dollara endirilib. 175 milyon dollarlıq sövdələşmənin əvvəllər açıqlanan rəqəmlərdən xeyli aşağı olması diqqət çəkib.
Bildirilib ki, razılaşma ilə hər iki şirkətin kreditorları üçün kritik böhran aradan qaldırılıb. Genesis-in vəkilləri sövdələşmənin yenidən işlənmiş plan üçün təsdiq prosesini asanlaşdıracağını bildiriblər. FTX-in baş direktoru Con Rey sövdələşmənin ədalətli olduğunu bildirib. Rey qeyd edib ki, hüquqi qeyri-müəyyənliklər nəzərə alınmaqla FTX-nin maraqları ən yaxşı şəkildə təmsil olunub.
Genesis FTX-nin ən böyük təminatsız kreditorudur. Kredit şirkəti FTX-dən 226 milyon dollarlıq debitor borcunun olduğunu da açıqlayıb.