Meta-nın sahibi Mark Zukerberq Instagram-dakı Meta kanalında bu barədə elan yerləşdirib. Bu elana görə, artıq WhatsApp vasitəsilə göndərilən şəkillərin görüntü keyfiyyəti seçilə bilər. Beləliklə, görüntüdə keyfiyyət itkisi olmayacaq.


Facemark.az xarici mənbəyə istinadəm xəbər verir ki, bir çox istifadəçi WhatsApp-da digər istifadəçilərlə foto paylaşarkən keyfiyyət itkisi ilə bağlı problem yaşayırdı.


Mark Zukerberq bu məsələni nəzərə alaraq bir mesaj yayımladı. Bu mesajda "WhatsApp vasitəsilə şəkil paylaşımını yenilədik. İndi HD göndərə bilərsiniz" ifadələri yer alıb.


Bu funksiya ilə artıq WhatsApp-da şəkillər paylaşarkən keyfiyyətini itirmədən şəklin dəstəklədiyi istənilən ölçüdə fotoşəkilləri paylaşmaq mümkündür.


WhatsApp-ın ən son versiyasına sahib olan hər kəs bu funksiyadan yararlana biləcək.