Facemark.az xarici mənbəyə istinadən araşdırma yazını sizlərə təqdim edir!


Svetoforlardan ilk dəfə 1800-cü illərdə qatarların keçidini tənzimləmək və lokomotivlərin qəzalara düşməsinin qarşısını almaq üçün istifadə edilmişdir. Təhlükəni bildirmək və xəbərdar etmək üçün geniş şəkildə istifadə edilən qırmızı işıqlar lokomotivləri xəbərdar etmək üçün seçilən ilk rəng idi.



Eyni zamanda qırmızı rəngin dalğa uzunluğu böyükdür və o, uzaq bir nöqtədən görünə bilər ki, bu da maşinistlərə əvvəlcədən qərar verməyə və erkən sürəti azaltmağa imkan verir.


1800-cü illərdə keçid işarəsi yaşıl deyil, ağ idi. Lakin zaman keçdikcə ağ rəng ciddi problemlər yaradıb. Qırmızı işıq üçün istifadə olunan linzalar düşdükdə işıq ağa çevrilir və bu da qəzalara səbəb olur. Bu problemin qarşısını almaq üçün işığa sarı rəng əlavə edilib.



1900-cü illərdə Ford avtomobillərinin trafikə cəlb edilməsi yol hərəkətində tənzimləmə sistemini zəruri etdi. Xüsusilə 1913-cü ildə 4000 nəfərin yol qəzaları nəticəsində həlak olması ciddi problemlər yaratdı.



1920-ci ildə Detroit polisi Uilyam L. Potts üçrəngli svetofor sistemini dizayn edir. Onun tərtib etdiyi sistemdə rənglər müəyyən zaman intervalında dəyişir. Qırmızı, Sarı və Yaşıl rənglərin istifadə edildiyi sistem 1935-ci ildə məcburi işıq sistemi halına gətirildi. Həmin gündən sonra işıqforun rəngi belə qalıb.