Apple bu həftədən etibarən iPhone 13 mini istehsalına son qoyacaq. Mark Qurmanın iddiası bir sıra səbəblərə görə doğru ola bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Apple-ın iPhone 15 seriyasını təqdim edəcəyi "Wonderlust" tədbirinə artıq saatlar qalıb.



Sabah axşamdan etibarən bütün istehlakçılar Apple-ın ən yeni məhsulları ilə tanış olmaq imkanı əldə edəcəklər. Beləliklə, rəsmi olaraq Apple üçün yeni bir dövr başlayacaq. Bununla belə, son xəbərlər göstərir ki, 12 sentyabr 2023-cü il tarixindən etibarən Apple bəzi məhsulların fişini çəkə bilər.



Mark Qurmanın verdiyi son açıqlamalara görə, Apple-ın 2021-ci ildə təqdim etdiyi iPhone 13 mini adlı model artıq yolun sonuna çatıb. Ona görə də deyə bilərik ki, “iPhone mini” tarix olacaq. iPhone 13 mini ehtiyatları ABŞ kimi bəzi ölkələrdə kritik səviyyələrə düşüb. Bəzi variantlarda təxmini çatdırılma müddəti hətta 8 həftəyə qədər uzadılıb. Üstəlik, Qurman deyir ki, iPhone 13 mini-nin istehsalı sabahdan sonra dayandırıla bilər. Təcrübəli analitik səhv etməyə bilər.



Artıq məlumdur ki, texnoloji şirkətlər COVID-19 pandemiyasının təsiri ilə əlaqədar hissələrin tədarükü ilə bağlı problemlər yaşayırlar. Bu vəziyyətdə, Apple-ın iPhone 13 mini üçün resurslar və vaxt ayırmaq istəməməsi çox ağlabatan bir yanaşmadır. Amma bununla kifayətlənmək olmaz. Əlverişli və kiçik ekranlı iPhone heç vaxt istehlakçının gözündə kifayət qədər maraqlı olmayıb.



Əslində, CIRP araşdırma şirkəti 2022-ci ilin birinci rübündə ABŞ bazarını əhatə edən araşdırma aparıb. Bu araşdırma çərçivəsində 2022-ci ilin birinci rübündə iPhone 13 mini satışlarının eyni dövrdə satılan bütün iPhone 13-lərin yalnız 3 faizini təşkil etdiyi ortaya çıxdı.


Təchizat problemlərinə aşağı satış rəqəmlərini də əlavə etdikdə görürük ki, 5,4 düymlük iPhone 13 mini istehsalına davam etmək üçün heç bir səbəb yoxdur. Görək Apple-dan rəsmi açıqlama olacaqmı və ya şirkət iPhone 13 mini-ni sakitcə dayandıracaqmı.