Tədbirdə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, hökumət qurumlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin rəsmi hissəsinin açılışında ölkələrimizin dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən Çin səfiri ölkəsinin son 74 ildə əldə etdiyi nailiyyətlərdən danışıb: “Çoxmillətli xalqa rəhbərlik edən Çin Kommunist Partiyası tükənməz səylərlə və daimi axtarış yolu ilə Çin xüsusiyyətlərini özündə ehtiva edən sosializmin inkişafını təmin edib. Çin xalqı varlanmağa, güclü olmağa doğru böyük bir sıçrayış etdi və bu, əlamətdar tarixi prosesdir”.
Səfir Azərbaycanla Çin arasında siyasi-diplomatik münasibətlərin əsasının qoyulmasından 31 il keçdiyini bildirib: “Çinlə Azərbaycanı dağlar və çaylar ayırmasına baxmayaraq, ölkələrimizin ənənəvi dostluğu dərin tarixə söykənir. Qədim İpək Yolundan “Bir kəmər, Bir yol”un hazırkı birgə tikintisinə qədər Çin və Azərbaycanın siyasi qarşılıqlı etimadı və strateji əməkdaşlığı yorulmadan gücləndirilir.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdə ilk tədbir təntənə ilə Pekində keçirilib. Bu, Azərbaycanın sərhədlərindən kənarda keçirilən ilk belə tədbirdir.