“Hitachi” şirkəti kvars şüşə əsasında məlumatların mühafizəsi mühitini icad edib. O, rütubətə və istiyə yüksək dayanıqlığı ilə fərqlənir. Belə daşıyıcıda məlumatlar 100 milyon illərlə mühafizə oluna bilər. 

Şirkətdə kvars şüşə üzərində rəqəmsal şablonların lazer aşılanması üsulunu işləyib hazırlayıblar. Bu halda, yazının sıxlığı kompakt-disklərin yazısının sıxlığını ötür. Bunu hesablamaq üçün xüsusi mikroskop tələb olunur, məlumatlar lazer fokuslamasının dəyişikliyi yolu ilə dörd qatda aşılanır.

Yeni texnologiya tarixi əhəmiyyətli sənədlər və başqa mədəni obyektlərin rəqəmsal versiyaları, eləcə də hər bir insanın gələcək nəsillərə ötürmək istədiyi informasiyaları qoruyub saxlamağa imkan verəcək. Qeyd edək ki, şirkət sənaye nümunəsini 2015-ci ildə təqdim etməyi planlaşdırır.