Twitch onlayn yayım platformasında yeni ixtisar dalğası var.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu dəfə platformada işləyənlərin 35%-i və ya təxminən 500 nəfər işdən çıxarılacaq. Amazon-un yayım bölməsi olan Twitch-də işlər yaxşı getmir və platforma bir çox işçini ixtisar etməyə hazırlaşır. Bloomberg-in məlumatına görə, şirkət bu həftə başlayacaq ixtisarlar dalğasında işçilərinin 35%-i ilə vidalaşacaq.


Twitch-in qurucularından biri olan keçmiş CEO Emmett Shear-ın işinə xitam verildikdən və Dan Clancy-nin şirkətə rəhbər təyin olunmasından dərhal sonra başlayan işdən çıxarmaların ilk dalğasında şirkətin 400 işçisi işsiz qalıb. Onları Amazon Crown kanalını bağladıqdan sonra işsiz qalan 180 işçi və bütün Game Growth şöbəsi bağlanıb.Twitch son aylarda ən böyük e-idman bazarlarından biri olan Cənubi Koreyadan çıxacağını açıqlamışdı. Bu qərara səbəb onların ölkədə yüksək şəbəkə haqları səbəbindən daim pul itirmələri olub.