Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Infinix, e-ink texnologiyası ilə rəngini dəyişə bilən arxa qapağı olan telefon konseptini təqdim edib.


Infinix zaman-zaman maraqlı və diqqətəlayiq konsepsiyalar ortaya qoyan bir şirkətdir. 2021-ci ildə 160W sürətli şarj ilə konsept nümayiş etdirən şirkət, bu konseptdə elektroxrom filmdən istifadə etdi. Beləliklə, telefonun arxa paneli bozdan polad mavi rəngə çevrildi. Infinix indi bu rəng dəyişikliyini yeni prototipdə çox daha rəngli və effektiv şəkildə təmin edir. E-Color Shift adlanan bu texnologiya əvvəlki ideyanın daha təkmil versiyası kimi görünür. Buradakı ən əhəmiyyətli dəyişiklik, arxa tərəfdəki müxtəlif panellərin istənildiyi kimi rənglənə bilməsidir. Bu dəyişiklik E-Ink Prism 3 adlı e-mürəkkəb texnologiyası sayəsində mümkün olub.