Robert Luis Stivenson yazırdı ki, hamı nəyisə sataraq yaşayır. Hamıya məlumdur ki, satıcılar bütün dünyada əmtəə və xidmətləri alıcılara satmaqla məşğuldurlar. Təbii ki, burada əsas məsələ nəyi və necə satmaqdır. Unutmaq lazım deyil ki, artıq məhsul deyil, xidmət satılır. Servsin əhəmiyyəti artır. Alış prosesində alıcı üçün xidmət daha ön plana keçir. Alıcı hiss etsə ki, satıcı onun arzu və istəklərini dərk edir və onu başa düşür, ona müvafiq əmtəə təklif edirsə, bu zaman adekvat olaraq, alıcı həmin əmtəəni alır və xidmətdən razı qalır.
Satışın baş verməsi üçün əsas məqam alıcıda mağaza haqqında yaranan ilkin təəssüratdır. Yəni öz mağazanızı və yaxud firmanızı müştərilərin üzünə açmazdan qabaq satış prosesini və müştərilərə xidmətin necə həyata keçiriləcəyini dəfələrlə məşq etmək lazımdır. Çünki sonra sizin ilk təəssürat yaratmaq imkanınız bir də heç vaxt olmayacaqdır. Lakn təəssüf olsun ki, çox zaman satıcılar bu cür həssas məqamlara əhəmiyyət vermirlər. Məsələn, əgər müştəri mağazaya daxil olursa, ya ona laqeyd münasibət bəslənilir ya da həddindən artıq “xidmət” göstərilir. Yəni müştəriyə “yapışqan” kimi yapışmaq, onu tez-tez narahat etmək, mənasız məsləhət vermək və s.Demək olar ki, çox zaman rast gəldiyimiz hadisəni təsvir edim. Yəqin ki, çoxumuz satıcılara irad bildirəndə “Bazar iqtisadiyyatıdır, mən sənə təklif edirəm. Xoşuna gəlirsə al, almırsansa yaxşı yol”. kimi ifadələr eşidirik. Alıcını məhsulu almaq üçün hətta məcbur etmək ,alıcının istədiyini deyil, təki malı satım deyə başqa malı sırımaq və bunlar kimi nə qədər faktlarla rastlaşırıq. Sonuncu dediyimlə bağlı sizə bir əhvalatı danışım. Mən mağazaya daxil olduqdan sonra satıcıdan Qubad İbadoğlunun “İqtisadiyyatın əsasları” kitabını istədim. O isə əvəzində mənə Sabir İbadovun “İqtisadiyyat” kiatbını verdi. Bunun mənim dediyim kitab olmadığını bildirəndə isə məni inandırmağa çalışmaq istəyirdi ki, yox əslində mən bu kitabı axtarıram. Səbəb kimi hər ikisində də İbad adınınn, iqtisadiyyat sözünün olmasıdır. Bəzən də satdığı məhsul barədə kifayət qədər daha doğrusu heç bir məlumatı olmayan satıcıları da görürük.
Bütün bunlar yolverilməzdir. Bir çox super-marketlərdə kifayət qədər kassirlərin olmaması son zamanlar çox eşitdiyim iradlardandır. Bütün bunlar satıcıların məsuliyytəsizliyi və düzgün təlimatlandırılmamasının nəticəsidir. Yadda saxlamaq lazımdır ki, 1 narazı müştəri narazılığını 8 və ya 11, 1 razı müştəri isə razılığını 3 nəfərə bildiri. Bunun mağaza, firma üçün nə əhəmiyyət kəsb etdiyini başa düşmək elə də çətin məsələ deyil.
Hansı satıcı yaxşıdır?
Bu yerdə məşhur Azərbaycan filmindəki fraqmenti xatırlamaq pis olmaz.