“Twitter” mikrobloqlar xidmətinin bazar qiyməti 11 milyard dollar həcmində qiymətləndirilib. Bu barədə “Greencrest Capital” investisiya şirkətinin hesabatında qeyd edilib. Xatırladaq ki, 2011-ci ilin iyulunda “Twitter”in bazar qiyməti 8 milyard dollar həcmində qiymətləndirilmişdi.



Şirkətin bazar qiymətinin artmasına təsir etmiş amillər arasında istifadəçilərin sayının çoxalması, həmçinin pula çevirmə alətlərinin meydana çıxmasını qeyd etmək olar. Qeyd edək ki, “Twitter” mikrobloqu 2006-cı ildə istifadəyə verilib. Xidmətin aktiv istifadəçilərinin sayı 100 milyonu ötür.