“Felis Azərbaycan Mükafatları”na müraciətlər 7 oktyabrda sona çatacaq.


Türkiyədə 19 ildir, reklam və marketinq sahəsindəki yenilikləri izləyən “Felis Mükafatları” 2024-cü ildə ikinci dəfə Azərbaycandadır. Oyunun qaydalarını dəyişdirən, qeyri-adi və effektiv layihələrin 7 bölmə üzrə dəyərləndiriləcəyi “Felis Azərbaycan” üçün müraciətlər 7 oktyabr tarixinə qədər davam edir.


“Advertising Campaigns”, “Design & Branding”, “Digital & Mobile”, “Film”, “Film Craft”, “Media” və “Outdoor” üzrə 7 əsas bölmədən ibarət olan “Felis Azərbaycan Mükafatları” 4-8 noyabrda “Brand Week Istanbul” çərçivəsində Haliç Konqres Mərkəzində təşkil olunacaq mükafatlandırma mərasimi ilə sahiblərini tapacaq.


Azərbaycandakı bu sahə üzrə qabaqcıl şəxslərdən ibarət olan jüriyə sahib “Felis Azərbaycan”da “Advertising Campaings”, “Film” və “Film Craft” bölmələrinin jüri prezidentliyini “WPP”də “Chief Entertainment Officer” və “Ogilvy 4129”da “Chief Creative Officer” kimi çalışan Sami Basut, “Design & Branding” və “Outdoor” bölmələrinin jüri prezidentliyini “Code Academy”nin qrafik və UX/UI dizayn instruktoru, müəllif Rizvan Bağırlı, “Digital & Mobile” və “Media” bölmələrinin jüri prezidentliyini isə “Azərlotereya”da “Chief Marketing Officer” kimi fəaliyyət göstərən Dilarə Bəylərova aparacaq.


Ətraflı məlumat üçün: https://felisazerbaijan.com/