“Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə “Baku Marriott Boulevard Hotel”də Vergi və Mühasibatlıq Zirvəsi (VMZ2025) keçiriləcəkdir.
“Hesabın gücü” sloqanı ilə baş tutacaq tədbir bu il ölkəmizdə III dəfə keçiriləcəkdir. Zirvə vergi və mühasibatlıq dünyasında baş verən dəyişikliklərə cavab vermək, yeni yanaşmalar və strateji qərarlar almaq istəyən bütün mütəxəssislər üçün əvəzolunmaz bir platforma olacaqdır.
“Maliyyə riskləri və uçot”, “Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?”, “Vergilər: Menecment və Vizyon” panelləri üzrə 3 moderator və 15 spikerin iştirakı ilə vergi və mühasibatlıq sahəsindəki ən son yeniliklər və strateji mövzular müzakirə ediləcəkdir. Sahə üzrə son yeniliklər və strateji inkişafları müzakirə etmək, həmçinin sahənin peşəkar mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaqdır istəyirsinizsə, bu tədbir unikal imkandır.
Qeyd edək ki, “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk Vergi və Mühasibatlıq Zirvəsi, həmçinin “Düzgün hesab” konsept mesajı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvəsində 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak ediblər. Tədbir qarşısına qoyduğu məqsədlərə çataraq, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin əhatə olunduğu maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmuşdur. Eyni zamanda, ilk Vergi və Mühasibatlıq Zirvəsinin çıxışları, toxunulan mövzular üzrə hazırlanmış təkliflər ayrıca kitab şəklinə salınaraq iştirakçılara təqdim edilmişdir.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/vmzbaku/
https://www.facebook.com/vmzbaku/
https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true