2012-ci il ərzində bir sıra ölkələrdə Facebook istifadəçlərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Bu dəyişikliklər bəzi qitələrdə ümumi sıralamalarda müsbət rol oynayıb.


May ayında Asiya Şimali Amerikanı üstələdi və Şimali Amerika rəsmən öz dominant mövqeyini itirərək üçüncü yerdə qərarlaşdı. Asiya Avropanı üstələməyə davam etdi və hal-hazırda Facebook-da ən çox istifadəçisi olan 278 milyondan çox istifadəçisi ilə ən böyük Facebook-qitəsi olaraq artmağa davam edir.


Aşağıdaki qrafikdən də göründüyü kimi, istifadəçilərin sürətli artımı Hindistan, Yaponiya, İndoneziya, Vyetnam, Cənubi Koreya Tayland kimi ölkələrlə bağlıdır.


Bir istifadəçi tərəfindən olunan dəyişiklikləri yoxlamaq üçün, Socialbakers-da ölkələr üzrə statistikanı yoxlayın. "Facebook" pərəstişkarlarının əksəriyyətini (63 faiz) əvvəlki kimi kişilər təşkil edir. "Facebook" istifadəçilərinin sayına görə ABŞ (167 milyon) əvvəlki kimi lider hesab olunur. Lakin Braziliyalılar da Facebook-dan kifayət qədər istifadə edirlər, belə ki, Braziliya 1 yanvar - 31 dekabr 2012-ci il tarixinədək aylıq aktiv 30 milyon istifadəçisi ilə Facebook-dan ən çox istifadə edən ölkələrin sırasına düşərək ikinci yerdə qərarlaşıb. Son regional hesabata görə, Guarana Antartica və Skol hələ də Braziliyanın top sosial markalarına aiddir. Latin Amerikada da artım potensialı müşahidə olunur və hətta tədricən regionda Facebook Orkut-u bir neçə ay əvvəl üstələdiyi də bildirilir.