"Apple" korporasiyasının laboratoriyalarında yeni nəsil mobil cihazlar üzərində iş aparıldığı zamanda, müstəqil dizaynerlər "iOS"-qurğularla bağlı öz konseptlərini təklif ediblər. Belə ki, sənaye dizayneri və tərtibatçı Rikardo Luis Monteyro Afonso (Ricardo Luis Monteiro Afonso) "iPad" planşet kompüterinin gələcəyi ilə bağlı öz baxışını təqdim edib.

Dizaynerin fikrincə, "iPad" planşet kompüterlərinin yeni modelləri şəffaf ola bilər. Bu halda cihazın işindən sorumlu olan bütün komponentlər qurğunun üst və aşağı hissələrində yerləşməlidir.

Yeni konsepsiya ilə aşağıdakı videoda daha ətraflı tanış olmaq olar: