İnternet dünyasını yaxından təqib edənlər Google, Facebook, YouTube və Twitter kimi məşhur saytların çox geniş istifadəçi auditoriyasına sahib olduqlarını bilir. Ancaq paylaşılan son statistikalarda təəccüblü məlumatlara rast gəlirik.


 


comScore-un etdiyi və Business Insider-in paylaşdığı araşdırmada Facebook-un hal-hazırda Google-u ötərək dünyanın ən çox ziyarətçi sayına sahib olması bir daha sübut olundu.



 


Hər nə qədər ABŞ mərkəzli internet şirkətlərinin sayına görə daha çox olan ölkə olsada, Çinin internet saytlarını çölə atmaq lazım deyil. 20 ədəd internet saytlarının adları sadalandığı siyahıda Çinin beş ədəd internet saytı da var. Hər nə qədər köhnə məşhurluğunu qorumasada Yahoo-nun siyahıda dördüncü sırada olması diqqətimizi çəkir.


 


Digər tərəfdən qeyd etmək lazımdı ki, Microsoft-un aylıq ziyarətçi sayı əsasında Apple-ı geridə qoyması maraqlı məqamlar arasındadır.


 


Dünyanın ən çox aylıq ziyarətçi sayına sahib olan 20 internet saytı:


 


1. Facebook.com  (836.7 milyon)


2. Google.com  (782.8 milyon)


3. YouTube.com  (721.9 milyon)


4. Yahoo.com  (469.9 milyon)


5. Wikipedia.org  (469.6 milyon)


6. Live.com  (389.5 milyon)


7. QQ.com  (284.1 milyon)


8. Microsoft.com  (271.7 milyon)


9. Baidu.com  (268.7 milyon)


10. MSN.com  (254.1 milyon)


11. Blogger.com  (229.9 milyon)


12. Ask.com  (218.4 milyon)


13. Taobao.com  (207 milyon)


14. Twitter.com  (189.8 milyon)


15. Bing.com  (184 milyon)


16. Sohu.com  (175.8 milyon)


17. Apple.com  (171.7 milyon)


18. WordPress.com  (170.9 milyon)


19. Sina.com.cn  (169 milyon)


20. Amazon.com  (163 milyon)