2013-cü il aprel ayının 4-5-i "Four Seasons Hotel"-də baş tutacaq olan "Marketing Kingdom Baku" sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyalarını araşdıracaq.

London Olimpiya Oyunları, Microsoft, HP, Novartis, SAP və Yahoo!-dan olan Marketinq Direktorlar tədbirdə iştirak edəcək spikerlərdən yalnız bəziləridir.

Tədbir P World tərəfindən təşkil olunub və Azərbaycanın ən nüfuzlu şirkətləri tərəfindən dəstəklənir: Ölkənin aparıcı GSM operatoru Azercell Telekom tədbirin Platin Sponsoru, Paşa Bank Qızıl Sponsoru, Peugeot , VIP Club Concierge Hesab.az Gümüş Sponsorlar və Bruketa & Zinic Baku tövsiyə olunan Reklam Agentliyidir.

P World şirkətinin Qlobal Baş İcraçı Direktoru və TV prodüser Kosta Petrov Trend-ə tədbir barədə danışdı.



- Kosta, "Marketing Kingdom Baku" tədbirinə 2 aydan da az bir vaxt qalıb. Nümayəndələr Azərbaycanın ilk qlobal marketinq tədbirindən nə gözləməlidilər?



- Bəli, bizim 2 aydan az vaxtımız qalıb və artıq 200-dən çox nümayəndəmiz var. Biz söz verə bilərik ki, bu inanılmaz bir şou olacaq. Hal-hazırda, biz qlobal marketinq dünyasının ən yeni trendləri və eyni zamanda çətinlikləri üzərində fokuslanan tədbirimiz üçün spikerlərin gətirilməsində aktiv olaraq işləyirik. Bizim spikerlər sosial media, istelakçı marketinqi, öz müştəriləriniz ilə danışmaq, reklam və digər bir çox mövzular daxil olmaqla marketinq dünyasının bu günki bəzi ən vacib trendləri haqqında danışacaqlar. Bizim məqsədimiz nümayəndələrin tədbiri daha sonra öz şirkətlərində tətbiq edə biləcəkləri praktiki vasitələr ilə tərk etmələridir.




- Bütün bu spikerləri Azərbaycana gətirmək nə dərəcə çətin oldu?



- Bu, ilk dəfə deyil ki, biz "Marketing Kingdom" tədbirini təşkil edirik. Düzü, bu artıq tədbirin 8-ci təşkili olacaq. Son iki ildə biz qlobal marketinq cəmiyyətində çoxlu dostlar qazanmışıq və onlar tədbirin ölkə üçün əhəmiyyətini anlayırlar və iştirak etməyə şad idilər. Və təbii ki, mən onlara Azərbaycanın necə gözəl bir ölkə olduğunu demişəm. Mən burada "Baku BP Experience" tədbirini təşkil edən zaman inanılmaz vaxt keçirtdim. Bu ölkə hazırda olmaq üçün yaxşı yerdir və mən gələcəkdə burada böyük tədbirlərin daha çox olacağına əminəm.

- "Marketing Kingdom" tədbirini Azərbaycandakı digər marketinq tədbirlərindən fərqləndirən nədir?


- Belə ki, bu əslində ilk qlobal marketinq tədbiri olacaq. Bu gün sürətlə dəyişən dünyada bizim hamımız qlobal trendləri izləməli və onları lokal səviyyədə tətbiq etməyə çalışmalıyıq. Həmçinin, biz şadıq ki, bundan əvvəl heç vaxt bu qədər marketinq eksperti bir tədbirdə çıxış etməyib. Nümayəndələr möhtəşəm şouya ümid edə bilərlər, lakin ən əsası tədbirdə iştirak edənlər onları bazar liderləri səviyyəsinə gətirəcək yeni şeylər öyrənəcəklər.




- Tədbirdə görə biləcəyimiz bəzi təqdimatlar hansılardır?



- İki günlük tədbir möhtəşəm təqdimatlar ilə doludur. Biz tədbiri London Olimpiyadalarının marketinq direktorunun təqdimatı ilə açırıq. O, əsas tamaşaçı kütlənizi cəlb etmək üçün onları zəngin təcrübə ilə təmin etmək haqqında danışacaq. İki gün ərzində bizim həmçinin, Yahoo!-nun keçmiş kommersiya direktoru və Birləşmiş Ştatların ən böyük reklam ekspertlərindən biri olan Marvin Lao tərəfindən ən son reklam trendləri haqqında kiçik seminarımız da olacaq. Həmçinin, iştirak edəcək nümayəndələrin eşidə biləcəkləri bir çox təqdimatlar arasından Lego tərəfindən cəmiyyətin cəlb olunması, SAP tərəfindən öz müştəriləriniz ilə danışmaq və Microsoft tərəfində maksimum gəlir üçün marketinq və PR necə birgə işləməlidir kimi bəzilərinin adlarını qeyd etmək olar. Bütün təqdimatlar möhtəşəm olacaq, və buna görə də mən əminəm ki, nümayəndələr bizim spikerlərdən çox şey öyrənə biləcəklər.




- Azərbaycan şirkətlərinin "Marketing Kingdom"-a olan marağı sizi qane edirmi?



- Biz hamıdan çox razıyıq. İlk olaraq bizim əsas sponsor Azercell-onlar mükəmməl partnyordular və mən əminəm, birlikdə biz heyrətamiz şou təşkil edə bilərik. Pasha Bank da həmçinin tədbirimizin möhtəşəm dostudur. Birlikdə biz unudulmaz bir şounun təşkili üçün çalışırıq. Artıq indidən 200-dən çox nümayəndənin qeydiyyatdan keçməsi faktı hər şeyi deyir. Bu, həqiqətən baş tutmasını səbirsizliklə gözlədiyimiz tədbirdir.



Trend.az