Firmaların qazancları get-gedə azalır. Bunun səbəblərindən ən əhəmiyyətlisi istehlakçılardan və pərakəndəçilərdən gələn qiymət təzyiqidir. Bazardan gələn bu qiymət təzyiqi altında firmalar belə demək olarsa acı-acı inləməkdədir. Qiymətini zəruri olaraq salan və ya inflyasiya nisbətində artım edə bilməyən firmalar əvvəl məhsulların keyfiyyətlərini, sonra da firmalarının keyfiyyətlərini azaldaraq qazanclı qalmağa çalışmaqdadırlar. Qiymət endiriminə qiymət endirimiylə cavab verməkdən başqa ticari zəkası olmayan firmalar həm qazancsızlıq burulğanına tutulmaqda, həm də keyfiyyətsizləşən məhsul və xidmətlərinə görə müştərilərini rəqiblərə qapdırmaqdadırlar. Sonra da qaçılmaz olaraq ya müflisləşirlər ya da rəqiblərinə satılırlar. Qiymətləri endirmək əvəzinə qaldırmağı və beləcə daha çox qazanc əldə etməyi planlaşdıran firmalar isə innovasiyaya və markalaşmağa əhəmiyyət göstərməkdədirlər. Amma təəssüf ki, bu firmaların bəzilərini də bir müddət sonra qiymət endirimi olimpiadalarında görürük. Qiymət rəqabəti bütün iqtisadiyyatın qatilidir. Həm firmalara təsir edir, həm də zərər edən şirkətlərə görə vergi yığa bilməyən dövlətlərə təsir edir. İstehsalçılara ən böyük qiymət təzyiqi də pərakəndəçilərdən gəlir. Xüsusilə istehlakçıya "ən ucuz qiymət zəmanəti" təqdim etməyi bacarıq bilən hipermarketler rəflərindəki markaların istehsalçısı olan firmaları qazancsızlığa məhkum edirlər.


Qiymət rəqabəti böyük-kiçik bütün marketlərin gözünü o qədər kor etmişdir ki, öz qazanclarını da yox etmək bahasına belə rəqabət edirlər. Buna görə dünyada hipermarket və süpermarket zəncirləri tez-tez müflisləşir və ya əl dəyişdirir. Wallmart dünyanın ən böyük hipermarket zənciridir. 400 milyard dollardan çox illik dövriyyəsiylə bir çox ölkənin göstəricilərini keçə bilməkdədir. ABŞ-da aparılan bir araşdırmaya görə Wallmarta məhsul verən firmaların çoxunun qazanclı işləyə bilmədikləri və dövlətə vergi verə bilmədikləri müəyyən olunmuşdur. Wallmartla işləməzdən əvvəl qazanc və vergi verən bu firmaların pərakəndəçilərdən gələn qiymət təzyiqinə boyun əyərək qiymətləri aşağı endirmələri nəticəsində bu gün qazancsız və müflis vəziyyətə gəldikləri də müəyyən olunuşdur. Böyük-kiçik marketlərin, ərzaq mağazalarının və biznesmenlərin cəmiyyətə faydası, istehlakçıların ehtiyac duyduğu məhsulları istehlakçının yanına gətirməsidir. İstehlakçıya düzgün atmosfer və yaxşı xidmət təqdim etməsi kifayət qədər olmalıdır. Qiymət rəqabətinə girməyinə ehtiyac qalmamalıdır. Rəqabəti xidmətdə göstərməli, fərqlilik və innovasiyalarla icra etməlidir. Əgər qiymət rəqabətinin təsiri altına düşən firmaların kamikadze hökmranlığına son verilməzsə və innovativ həllər çıxarılmazsa, dünya qazancsızlığın qovurucu təsiriylə xaosa yönələcək. Vergi yığa bilmədiyi üçün xərclərini qarşılaya bilməyən dövlətlər həm daxilində vətəndaşına kömək edə bilməyəcək, həm də xaricində başqa ölkələrin qaynaqlarını əlinə keçirmək üçün döyüş və ya fitnə çıxaracaqlar. (Ayağını yorğanına görə uzatmağı sevməyən ABŞ, bu fikrini dəyişdirmədiyi müddətcə başqa ölkələrin qaynaqlarını istismar etmək üçün döyüş və fitnə çıxarıcı olmağa davam edəcək). Qazanc əldə etmək hər insanın və təşkilatın müqəddəs vəzifəsi olmalıdır. Müsbət dəyər "qazanc"; ya işi böyütməyə faydalıdır, ya da yeni cəhdlərə səbəb. Hər şey dünya iqtisadiyyatının böyüməsinə gətirib çıxarır, bu səbəbdən də daha çox insana iş olaraq geri gəlməsinə faydalıdır.


Dünya əhalisi 7 milyarddan çoxdur. Əmək qabiliyyətli əhalinin 30%-i işsiz-gücsüzdür ki, bu da 2 milyard insana təsir etməkdədir. Bu insanlara iş tapa bilməyimiz üçün tək həqiqi və qalıcı çıxış yolu dünyadakı təşkilatların qazanclı çalışması və əldə etdikləri qazancla da sərmayə və istehlaklarını artırmalarıdır. Bu sərmayə və istehlak dövrü məşğulluğu artıracaq. Necə ki, üç il ard-arda zərər edən bir firmanı dövlətin bağlama səlahiyyəti varsa, dövlətdən firmaların qazanclı işlərində iştirak edib, tətbiqləri həyata keçirməsi də gözlənilməlidir. Dövlət, firmaların xərclərini azaldıcı tədbirlər görərək işə başlaya bilər. Bu gün bələdiyyələr, notariuslar, rəsmi təşkilatlar, dərnəklər və bənzər təşkilatlar xərc, komissiya və s. adlar altında şirkətlərdən əhəmiyyətli miqdarda ödəmə tələb etməkdədir. Bunları ödəyən şirkətlərin qazanc əldə etməsi qeyri-mümkündür, çünki rəqibləri ödəmədiyi üçün bazara daha aşağı qiymətli məhsul təqdim edə bilirlər. Nəzərdə tutulduğu kimi qazancı əhəmiyyətli dərəcədə azaldan bir faktor da vergilərdir. Gəlir vergisinin 40%-dən 20%-ə düşməsi kifayət deyil. Gəlir vergisi daha 5% aşağı düşərsə, bu günkündən daha çox vergi toplanacağı iddiasındayam. ƏDV-də də əhəmiyyətli endirimlər olmalıdır. Bu tənzimləmələr sayəsində iqtisadiyyat daha çox qeydiyyat altına alına bilər. Qeydiyyat altında olmayan, yəni vergi verməyən iqtisadiyyatın böyüklüyünün qeydiyyatlı iqtisadiyyatdan ən az 3 dəfə daha çox olduğu iddiasındayam. Dövlət tərəfindən alınacaq qərarlardan biri də çıxarılan hər məhsulun üstünə pərakəndə satış qiymətinin yazılmasıdır. Necə ki, artıq firmalar web-sayt qurmaq və balanslarını burada ictimaiyyətə elan etmə zəruriliyi duyursa, məhsullarının pərakəndə satış qiymətlərini də web- saytlarında nəşr etmə zəruriliyi olmalıdır. Tətbiq bununla da qalmamalıdır, hər firma hər məhsuluna həm bar kodu, həm də qiymət yazmalıdır. Yəni məhsulun son qiymətini istehsalçı məhsulun üzərində göstərə bilməlidir. Ümumiyyətlə istehsalçılar "tövsiyə edilən satış qiyməti"ni təyin etməlidirlər. Sərbəst bazar iqtisadiyyatı və rəqabət qaydaları kifayət qədər alt satıcılarına satış qiyməti elan edə bilməməkdədirlər. Digər yandan ticarət qanunlarına görə satış nöqtəsində sərgilənən hər malın qiyməti diqqətə çarpan bir şəkildə müştərilərə elan edilməlidir. Bunun üçün rəflərdə və ya məhsulların üzərində qiymət etiketləri onsuz da vardır. Amma buradakı qiymətlər istehsalçının deyil, satıcıların təyin etdiyi qiymətlərdir. Bazarda (marketlərdə, ərzaq dükanlarında, biznesmen dükanlarında, zəncirvari mağazalarda, və s. yerlərdə) satılan məhsulların təxminən 10%-də etiketlərin üzərində istehsalçının qoyduğu orijinal qiymət vardır. 90%-də isə satış nöqtəsinin qoyduğu qiymət vardır. Qiyməti özü təyin edən satış nöqtələrinə görə bir məhsulun qiyməti hər yerdə fərqlidir. Əslində bu tam bir xaosa və çaşqınlığa səbəb olmaqdadır. İstehlakçılar üzərində qiyməti olmayan məhsulu real qiymətlə aldığına əmin ola bilmədiyi üçün daim aldandığı şübhəsiylə yaşamaqdadır. Ayrıca üzərində orijinal qiyməti olmayan məhsul üçün təbii olaraq müştərilər endirim istəmə meylindədirlər. Əslində son satış nöqtələri də məhsulun üzərində istehsalçı tərəfindən qoyulmuş pərakəndə satış qiymətini vurmaq istəmir. Son qiyməti özlərinin təyin etmələrini istəyirlər. Pərakəndə satış qiymətinin istehsalçı tərəfindən məhsul üzərinə qoyulması təklifi sərbəst bazar iqtisadiyyatına uyğundur. Mənim təklifimdə; son satış nöqtəsi məhsulu satarkən istədiyi "endirim" və ya "qaldırım" tətbiq etməkdə azaddır. Tək fərqi istehlakçı məhsulun orijinal qiymətini biləcək və satış nöqtəsinin nə qədər "endirim" və ya "qaldırım" etdiyini görə biləcək. İstehsalçılar məhsullarına ərz və tələbə görə, markalarının mövqeləndirməsinə görə, hədəf kütlələrinin iqtisadi gücünə görə, alt satıcılarının gözlədiyi gəlirə görə uyğun bir qiymət verməyi zamanla öyrənəcəklər. "Endirimləri" sevinclə qarşılayan istehlakçılar da zamanla, "qaldırımı" pis qarşılamamağı öyrənəcəklər. Onsuz da "qaldırım" çox az yerdə (aerodrom kafelərində, barlarda, restoranlarda) gözə dəyəcək.


Məhsulun üzərində istehsalçının qoyduğu pərakəndə satış qiymətinin olması aşağıdakı faydaları da özü ilə gətirəcək.


  • Son istehlakçılar və son alıcılar məhsulun gerçək qiymətini biləcəklər.
  • Pərakəndəçilərdən, son satış nöqtələrindən, son istehlakçılardan və son istifadəçilərdən üst satıcılara və nəhayət istehsalçı firmaya gələn qiymət təzyiqi azalmış olacaq
  • Pərakəndəçi və son satıcıların çoxu məhsulu istehsalçısının təyin etdiyi qiymətdən daha baha satmaqdan çəkinəcəyi üçün istehlakçılar və son istifadəçilər qorunmuş olacaq.
  • Bu tətbiq inflyasiyanı tənzimləməyə köməkçi olacaq.
  • Pərakəndəçi və son satıcı məhsulun üzərindəki qiymətdən endirim etməyə daha az istəkli olacaq.
  • Endirim etməyən satıcı endirim edən satıcıya görə istehlakçılara şərh etməkdə daha asan arqumentlər tapacaq.
  • Satış nöqtələri qiymət rəqabəti yerinə xidmətdə rəqabətə girəcək.
  • Şok endirim kampaniyaları azalanda şok istehlak da azalacaq.
  • Endirim kampaniyalarının azalması ilə son satıcılar, üst satıcılar və istehsalçı firma daha qazanclı işləyəcəklər.
  • Firmalar distribyutorluqdan qazanmağa deyil, keyfiyyət və fərqlilikdən qazanmağa daha meylli olacaq.
  • Məhsulun üzərində qiymət olduğu üçün qiymət etiketləmə işi tarixə qarışacaq. Bu da əhəmiyyətli bir əmək qənaəti gətirəcək.
  • Endirim verən pərakəndəçilər və son satıcılar müştərilərinə nə qədərlik bir endirim avantajı təqdim etdiklərini daha asan biləcəklər.
  • Məhsulları endirimli qiymətdən satmağı düşünən pərakəndəçi və son satıcılar endirimi kassada edəcəklər.
  • Endirim verən pərakəndəçiləri və son satıcıları son istehlakçılar və son alıcılar daha asan qiymətləndirə biləcəklər.
  • Pərakəndəçilər "ən ucuzu bizik" kimi subyektiv iddialarla reklam etmək yerinə "20% endirim" kimi daha dəqiq satış artırma kampaniyaları təşkil edə biləcəklər.
  • Dövlət endirim kampaniyaları ilə nə qədər vergi itkisi olduğunu daha asan hesablayacaq.
  • İstehsalçıdan istifadəçiyə qədər məhsulu alıb-satan bütün vasitəçilər nə qədər endirim aldıqlarını, nə qədər qazandıqlarını və nə qədər qazandıracaqlarını daha asan hesablaya biləcəklər.

Məhsullarının üzərinə qiymət yazan istehsalçıların daha müvəffəqiyyətli olduğunu, topdan satıcılara və pərakəndəçilərə daha çox qazandırdıqlarını müşahidə etmiş bir məsləhətçi olaraq, firmalara təklifim; dövlət bu tətbiqi zəruri hala gətirməsə belə, siz məhsullarınızın üzərinə qiymət yazın. Görəcəksiniz ki, daha çox qazanacaqsınız.