Facebook-da 1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.


26 yaşlı Rəşad Mehdiyev Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.

Viktorina "Nar Mobile"-ın rəsmi facebook səhifəsində (www.facebook.com/NarMobile.Official) keçirilib.


Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.


Xatırladaq ki, Rəşad Mehdiyev bundan öncə İdeal, Bank of Baku və digər 3 fərqli fb müsabiqəsində qalib olmağı bacarıb.