Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) ev telefonları vasitəsilə multimedia ismarışlarının (MMS) göndərilməsi şəbəkəsini istifadəyə verəcək.


Nazirlikdən verilən xəbərə görə, bu şəbəkə kontent-provayderlərə stasionar telefonlara multimedia fayllarını çatdırmağa imkan verəcək.


Məlumata görə, artıq SMS və MMS məlumatlarının göndərilməsi funksiyasını dəstəkləyən simsiz ev telefonları təqdim edilib.

Qeyd edək ki, hazırda “Aztelekom” stasionar şəbəkəsinin abunəçiləri qısa ismarışların (SMS) göndərilməsi şəbəkəsindən istifadə edir.