Biz bu il Türkiyənin ən gözəl şəhərindən biri olan İstanbulda "MMC 2013" (Marketing Master Class) tədbirinə ev sahibliyi etməkdən qürur duyuruq. Tədbirin əsas məqsədi fikir mübadiləsi aparmaqla yanaşı gündəlik biznesdə ən son biliklərdən, ən yaxşı təcrübələrdən və tendensiyalardan istifadə edərək Marketinq, Sosial Media üzrə dəyişiklikləri və İstehlakçı davranışlarını öyrənməkdir. Tədbir 2-3 oktyabr tarixlərində Boğaz mənzərəsı ilə Avropa yaxasında yerləşən Boğaziçi Universitetinin Cənub Kampusunda keçiriləcək.
"KPCB 2012 Internet Trend" hesabatına əsaslanaraq bildirilir ki, Türkiyə mobil internet vasitəsilə ən yüksək sosial media istifadəsinin siyahısına rəhbərlik edir və İstanbul ölkənin digər şəhərlərindən fərqli olaraq 30 milyon Facebook istifadəçisi və 40 milyon 3G istifadəçisi ilə daha çox internet istifadəçilərinə malik olan bir şəhərdir. Marketinq liderləri ortodoks marketing yanaşmalarını qəbul edir və dəyişikliklərə ehtiyac duyur. Bu gün Türkiyənin əsas iki fenomeni reklam üzrə axtarış mühərriki və sosial media hesab olunur.
MMC 2013 gündəliyi yaxşı tədqiq edilərək "Social Media, Marketing Trends, Digital Transformation, Marketing Strategies Digital Advertising, Mobile Trends, Branding, Sustainability, Mobile Applications" kimi təqdimatların və keyslərin balanslaşdırılmış yanaşmasını çatdırmaq üçün nəzərdə tutulmuşdur. Burada siz CMO və marketing liderlərilə tanış ola biləcəksiniz. Biz markalardan marketinqin gələcək perspektivi üçün gündəlik həyatımızda istifadə edirik və qiymətləndiririk. Eyni zamanda biz hər kəsi bu il oktyabr ayında İstanbulda keçiriləcək tədbirə dəvət edir və ən son marketing tendensiya, strategiya məlumatlarından xəbərdar olmaq üçün iştirak etməklərini tövsiyyyə edirik.
Sosial media və mobil marketinqin sənayesində necə formalaşdığını öyrənərək siz şirkətinizin bazarda doğru yerdə olmasını təmin edə bilərsiniz. MMC 2013 tədbirində proqram və qeydiyyat prosesi haqda daha ətraflı məlumat əldə etmək üçün rəsmi saytından, Twitter və Facebook vasitəsilə əlaqə saxlamaq mümkündür. Sizləri İstanbulda gözləyirik!
Qeyd edək ki, Facemark.az bu ilki "MMC 2013" tədbirinin media partnyorudur.