Məşhur mobil proqram olan "WhatsApp messenger" istehsalçıları yeni rekordun müəyyən edildiyini elan ediblər. İstifadəçilər bu proqramın köməyi ilə düz 27 milyard məlumat (17 milyard sms göndərilib, 10 milyard daxil olub) göndəriblər. Bu statistik göstərici WhatsApp-ın istifadəçiləri arasında ən tələbatlı proqram olduğunu təsdiq edib. Hal-hazırda WhatsApp proqramının aylıq auditoriyasını 200 milyon nəfər təşkil edir.