11-13 iyul 2013-cü il tarixində Moskvada 10-cu Beynəlxalq Marketinq Qurultayı keçiriləcək. Əsas sahə üzrə aparıcı dünya ekspertləri və unikal biliklərin daşıyıcıları bir araya gələcəklər. Onlar dürüst və effektiv marketinqin real olduğunu sübut edəcək və daha da çox qazanc əldə etməyin yollarını öyrədəcəklər.




Son vaxtlar hər gün yeni texnologiyalar təkmilləşir və yeni alətlər meydana çıxır. Bəzən trendlər elə tez dəyişirlər ki, hətta ən yeni nailiyyətlər haqqında informasiyanı vaxtında çatdırmırmaq mümkün olmur. Beləliklə məlumat azlığından biznes rəqibin inkişafından geri qala bilər. Qurultayın ekspertləri bütün dünyadan bilikləri sintezləşdirdilər, seksiyalar çərçivəsində çıxış edərək və iştirakçıların şəxsi suallarına cavab verərək öz təcrübələriylə bölüşəcəklər. Onlardan hər biri öz sahəsində ən yaxşı ekspertlərdən biri hesab olunur.




Gildiyanın prezidenti İqor Berezin marketoloqların biznesin və effektiv marketinqin inkişafı üçün nələrə diqqət etməli olduqlarını və nələri bilmələri haqda danışacaq. O makroiqtisadi və marketinq analizi sahəsində Rusiyada aparıcı ekspertdir.




"R&I Group" reklam agentliyinin baş direktoru Yuniy Davudov kommunikasiyalar sahəsində novator olaraq qeyri-standart yanaşmaların vasitəsilə reklamın effektivliyini necə yüksəldiyini öyrədəcək.


SOMAR-ın prezidenti Vadim Şirəyev iştirakçılara biliyi pula konversiya etməyin yollarından və mənfəəti “maksimize” etmək haqda sirr açacaq.


Biliklərin idarə olunması üzrə dünyanın aparıcı ekspertləri Ron Yanq Madanmoxan Rao gələcəyi proqnozlaşdırmaq və informasiyanın böyük axınında əsas məlumatları necə seçməyin vacibliyini öyrədəcəklər.




HR üzrə tanınmış mütəxəssis Stiven Man komandanı işə motivasiya etməyin yollarından danışacaq.


Qurultayın bu və ya digər ekspertlərinin bilikləri maksimal tətbiq xarakteri daşıyır. Onlar biznes problemlərinin həllinə çoxtərəfli yanaşma təmin edirlər.




Xatırladırıq, 10-cu Beynəlxalq Marketinq Qurultayına müxtəlif marketinq sənayesi sektorlarından və məhsul kateqoriyalarından dünyanın və Rusiyanın aparıcı ekspertləri və nümayəndələri gələcəklər.


Üç gün ərzində son 10 ilin sahə inkişafına yekun qoyulacaq, marketinq alətlərinin reytinqi təşkil ediləcək və marketinq effektivliyinin standartları müəyyən olunacaq.



Təşkilatçı biznesin inkişafı üzrə təşkilatlar Birliyidir (SOMAR). Yayın 72 saatında iştirakçıları yeni biliklər, yeni təcrübə, yeni açılışlar gözləyir!


Facemark.az marketinq portalı "10-cu Beynəlxalq Marketinq Qurultayının" media partnyorudur.