Tayvanın smartfon və planşetlər istehsalçısı HTC şirkəti IBM korporasiyası ilə korporativ bazarda öz iştirakını genişləndirmək imkanı verən əməkdaşlığa dair razılığa gəlib. Şirkətlər əminliklərini bildiriblər ki, birgə səylər nəticəsində sənaye sektorunda Android platformasının mövqeyini möhkəmləndirəcəklər. HTC nümayəndələrinin fikrincə, IBM-in həlləri əsasən onun istehsalı olan qurğuların müdafiəsini artırmağa imkan verəcək, 3DNews yazır.
RIM BlackBerry platformasının işgüzar adamlar arasında məlumatların etibarlı şifrlənməsi və məlumat mübadiləsinin mühafizə servisləri sayəsində daha çox populyar olması sirr deyil. Onu da qeyd etmək lazımdır ki, Apple şirkəti də son vaxtlar korporativ seqmentdə təkcə öz  qurğularının sadəliyi və etibarlığı ilə deyil, həm də məlumatların şifrlənməsi və İT inzibatçılar üçün uzaqdan idarəetmə vasitələrinin hazırlanması istiqamətində atılan addımlar hesabına müəyyən uğurlara imza atıb.